Zelenski: Ukraynanın səbri tükənir

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: Ukraynanın səbri tükənir

Dünya

03 İyun 2023 13:22 814


Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin əks-hücuma hazır olduğunu bəyan edib.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” kanalında yazıb.

Zelenski bildirib: “Ordumuz ümid etdiyi silahları almasa da, daha çox gözləyə bilmərik”. Dominos pizza

O əlavə edib ki, Ukrayna əlavə əks-hücum resurslarına sahib olmaq istəsə də, aylarla gözləyə bilməz:

“Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm”.

Prezident qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və təyyarələrdən müdafiənin olmaması əks-hücum zamanı böyük itkilərə səbəb ola bilər.

Ukrayna rəhbəri vurğulayıb ki, Kiyevin cəbhə xəttində həm mülki şəxsləri, həm də əsgərləri qorumaq üçün əlavə “Patriot” komplekslərinə ehtiyacı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!