Zəngilanlılar bu evlərdə yaşayacaqlar   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zəngilanlılar bu evlərdə yaşayacaqlar - Fotolar

Sosial

21 Oktyabr 2021 14:34 1740


Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərin əyani nəticələri barədə məlumat verilib.

Yenisabah.az-ın xəbərinə görə, bildirilib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli dörd qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Marqarita pizza

“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. 

Ərazidə yekunlaşmış abadlıq işlərinin nəticələrini əks etdirən fotoları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    XEYİRLİ VƏ ƏBƏDİ QAYIDIŞ OLSUN. ƏZİZ ZƏNGİLANLILAR.
    5 years ago