Zeynəddin Hacıyev vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zeynəddin Hacıyev vəfat etdi - Foto

Sosial

08 Avqust 2023 18:49 1475


Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Zeynəddin Hacıyev 1941-ci ildə Balakən rayonunda anadan olub. 1960-1965-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə BDU-nun əyani aspirantı olub. Dördpendirli pizza

1969-1981-ci illərdə BDU-da müəllim, baş müəllim, dosent, 1982-1987-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb. 1988-2002-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının nəzdindəki Sosioloji tədqiqatlar elmi tədqiqat labaratoriyasında böyük elmi işçi, 2002-ci ildən indiyədək BDU-nun Fəlsəfə kafedrasında professor vəzifəsində işləyib.

Fəlsəfə elmləri üzrə 4 dərsliyin, 1 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifi olub.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!