10 gündür itkin olan tələbənin intihar məktubu tapıldı - Foto
14 Yan 2020 13:36
174

10 gündür itkin olan tələbənin intihar məktubu tapıldı - Foto

10 gündür itkin olan 21 yaşlı Gülüstanın təhsil aldığı universitetin yataqxanasından intihar məktubu tapılıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Tunceli şəhərində Munzur Universitetinin tələbəsi, 10 gün bundan əvvəl itən Gülüstanın axtarışları davam edir.

Aparılan axtarışlar zamanı Uzunçayır Baraj gölündə gənc qızın bəzi dəftərləri, dostundan borc aldığı qayçı və adının qeyd olunduğu bir vərəq parçası da aşkarlanıb. 

Sabrina Eldarqızı

 

Oxşar xəbərlər