ABŞ-də bir fermerin 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, Miçiqan ştatında David Mazurekin təsərrüfatında istifadə olunan 10 kiloqramlıq daşın dəmir və nikeldən ibarət meteorit olduğu müəyyənləşib.
“Edmore” adlandırılan meteorit Miçiqan Dövlət Universitetinə bağlı Abrams Planetariumuna 75 min dollara satılıb. Mazurek əldə etdiyi vəsaitin 7 500 dollarını universitetin Yer və Atmosfer Elmləri fakültəsinə bağışlayıb. Toyuqlu pizza
Meteoritin təxminən 12 faiz nikel ehtiva etdiyi və yaşının 4,5 milyard il olduğu bildirilib. Onun Marsla Yupiter arasındakı asteroidin nüvəsindən qopduğu qeyd edilib.
Daşın əsl dəyəri fermer onu Mərkəzi Miçiqan Universitetinin geoloquna göstərdikdən sonra məlum olub.
Araşdırmalar nəticəsində onun Miçiqanda indiyədək qeydə alınan altıncı ən böyük meteorit olduğu müəyyənləşib.
Aydan Hacı
Telegram kanalımız