10 və 11-ci siniflər üçün yeni sistem -   Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

10 və 11-ci siniflər üçün yeni sistem - Nazir açıqladı

Sosial

14 Sentyabr 2026 15:22 123


Məktəblərdə təmayül tədris modelinin tətbiq dairəsi genişləndiriləcək, digər dillərdə təhsil alan şagirdlər üçün Azərbaycan dili dərslərinin sayı artırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, təmayül tədris modeli bu il 90 ümumi təhsil müəssisəsində tətbiq olunacaq. Layihə 46 şəhər və rayonu əhatə edəcək. Marqarita pizza

Bildirilib ki, model 10 və 11-ci sinif şagirdlərinin təhsil keyfiyyətinin artırılmasına, onların ali məktəblərə hazırlıq prosesində dəstəklənməsinə və seçdikləri təmayül və qəbul istiqamətlərinə uyğun tədris planlarının formalaşdırılmasına imkan verəcək.

Emin Əmrullayev, həmçinin digər dillərdə tədris aparılan siniflərdə Azərbaycan dili fənninə ayrılan dərs saatlarının artırılacağını açıqlayıb.

Dəyişikliyin təxminən 150 min şagirdi əhatə edəcəyi bildirilib. Belə ki, I–IX siniflərdə Azərbaycan dili dərslərinin həftəlik sayı 3 saatdan 4 saata, X–XI siniflərdə isə 2 saatdan 3 saata yüksəldiləcək.

Nazir qeyd edib ki, bu dəyişiklik digər dillərdə təhsil alan şagirdlərin Azərbaycan dilini daha yaxşı öyrənməsinə xidmət edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!