Türkiyə Süperliqasında çempionluq mübarizəsindən uzaq düşən "Fənərbaxça" rəhbərliyi boş qalan baş məşqçi postu ilə bağlı qəti qərarını verib.
“Yeni Sabah” xəbər verir ki, klub portuqaliyalı tanınmış mütəxəssis Serxiyo Konseysao ilə aparılan danışıqlarda tam razılıq əldə edib.
Rəhbərlik 51 yaşlı təcrübəli çalışdırıcının namizədliyi üzərində yekdil qərara gəlib və onu rəsmi müqavilə bağlamaq üçün İstanbula dəvət edib. Portuqaliyalı mütəxəssisin yaxın saatlarda Türkiyəyə gələrək heyətə başçılıq etməsi və rəsmi imza mərasimində iştirak etməsi gözlənilir. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız