Azərbaycanda gömrük sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr beynəlxalq hesabatlarda yüksək qiymətləndirilib.
“Yeni Sabah” xəbər verir ki, Avropa İttifaqının “Biznes Mühiti Hesabatı”nın 2025-2026-cı illər üzrə buraxılışına (EU Business Climate Report Azerbaijan 2025/26) əsasən, Avropa şirkətləri Dövlət Gömrük Komitəsini səmərəli institusional islahatlarına görə ən yaxşı 3 dövlət qurumu sırasına daxil edib. Hesabatda dövlət xidmətlərinin və gömrük əməliyyatlarının rəqəmsallaşdırılması ən uğurlu islahatlar sırasında ilk yerlərdə göstərilib.
Bundan başqa, Ümumdünya Gömrük Təşkilatının “Qanunsuz Ticarət Hesabatı 2025” nəşrinə əsasən, Azərbaycan qızıl və opioid qaçaqmalçılığı ilə mübarizədə ilk 7, qiymətli daş qaçaqmalçılığına qarşı mübarizədə isə ilk 3 ölkə arasında yer alıb. pizza mizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız