Dünyaca məşhur modeldən qorxunc Hellouin obrazı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Dünyaca məşhur modeldən qorxunc Hellouin obrazı - VİDEO

Şou

02 Noyabr 2026 11:45 99


Dünyaca məşhur almaniyalı model Xaydi Klum builki Hellouin obrazı ilə də diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, model Nyu-Yorkda təşkil etdiyi ənənəvi Hellouin gecəsinə sol əlinin nəhəng və qanlı surətində qatılıb.

Realistik görünüşü ilə seçilən kostyumda uzun qırmızı dırnaqlar, üzüklər və qanlı detallar əks olunub. Obrazın hazırlanmasına 5-6 saat vaxt sərf edilib. pizza sifarişi

Maraqlı məqamlardan biri isə modelin barmağında həyat yoldaşı Tom Kaulitzin adının döyməsinin yer alması olub. 

Qeyd edək ki, Xaydi Klum hər il qeyri-adi Hellouin obrazları ilə gündəmə gəlir.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!