100 yaşlı kişi koronavirusa qalib gəldi
05 Apr 2020 23:05
199

100 yaşlı kişi koronavirusa qalib gəldi

İranın Qum şəhərində koronavirusa yoluxan 100 yaşlı kişi sağalaraq xəstəxananı tərk edib.

Yenisabah.az xəbər verir ki, bir həftədir Furkani xəstəxanasında müalicə alan Məhəmməd Əli Əfşari adlı şəxs bu gün sağlığına qovuşaraq evinə geri dönüb. O, sosial media üzərindən xəstəxanada çalışan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, İran koronavirus qurbanlarının sayına görə dünya ölkələri arasında ilk sıralarda yer alır. belə ki, qonşu ölkədə pandemiyadan ölənləri sayı 3 603, yoluxanların sayı isə 58 226 nəfərdir.  /Axsam.az

Oxşar xəbərlər