“103”ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

“103”ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Sosial

22 İyul 2026 16:37 66


Bu ilin ilk 6 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 38 min 418 əsassız çağırış daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti məlumat yayıb.

Əsassız çağırışlar resurslardan səmərəli istifadə olunmasının qarşısını alır, eləcə də təcili çağırışlara operativ xidmət göstərilməsi prosesinə mənfi təsir edir. Belə hallarda briqadaların əsassız çağırışlara cəlb olunması real təcili vəziyyətlərə çatma müddətinin uzanmasına səbəb ola bilər. pizza mizza

Hazırda TƏBİB tərəfindən vətəndaşlar arasında təcili tibbi yardım xidmətindən düzgün istifadə ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Məqsəd əhalidə bu xidmətin yalnız təcili və təxirəsalınmaz hallarda çağırılmasının vacibliyi barədə məlumatlılığı artırmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!