Ərdoğandan sərt mesaj: “24 ildir xam xəyallar qururlar” -   Görün kimi hədəf aldı?!

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan sərt mesaj: “24 ildir xam xəyallar qururlar” - Görün kimi hədəf aldı?!

Siyasət

21 Oktyabr 2026 21:38 814


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin problemlərindən siyasi qazanc əldə etməyə çalışanları tənqid edib.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri AK Partinin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxışı zamanı səsləndirib.

“‘Mənim maraqlarıma xidmət edəcəksə, qoy bu ölkə batsın, dağılsın, xaosa sürüklənsin’ yanaşması son dərəcə eqoist mövqedir. Bu, Türkiyəyə qarşı əməliyyat planları quran çevrələrə cəsarət verir”, – deyə Ərdoğan bildirib. pizza

Prezident vurğulayıb ki, şəxsi siyasi gələcəyini vətəndaşı olduğu ölkənin və mənsub olduğu millətin fəlakəti ilə əlaqələndirmək eqoist düşüncə tərzinin təzahürüdür.

“24 il ərzində ölkənin ayağına nə vaxt daş dəysə, ümidləndilər, Türkiyənin çətinliklərindən siyasi qazanc əldə etməyə çalışdılar. Bütün ümidlərini ölkənin iqtisadi, siyasi və sosial baxımdan zəifləməsinə, bununla da hakimiyyətin nüfuz itirməsinə bağladılar. Bu gün də eyni xam xəyalları qururlar”, – deyə Türkiyə lideri qeyd edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!