Ərdoğanın geyimindəki   GİZLİ MESAJ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın geyimindəki GİZLİ MESAJ - FOTO

Siyasət

22 Oktyabr 2026 00:11 270


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında "Bədir" anlaşma memorandumunun imzalandığı gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun iclasına milli döyüş təyyarəsi KAAN-ın təsvirləri olan qalstukla qatılıb.

"Yeni Sabah" "Haber Global" telekanalına istinadən xəbər verir ki, qalstukun hər bir halqasında KAAN təyyarəsinin beş təsviri yer alıb.

Bu detalı telekanalın Ankara müxbiri Fatih Poyraz diqqətə çatdırıb. Məlumata əsasən, qalstuk daha əvvəl Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Dördpendirli pizza

Diqqətçəkən məqam odur ki, həmin gün Dohada Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!