Almanlar “Sabah”la görüşdən sonra avtobusa çimmədən miniblər

saytların hazırlanması

Evə çatdırılma

Almanlar “Sabah”la görüşdən sonra avtobusa çimmədən miniblər

İdman

22 Oktyabr 2026 08:36 203


Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda "Sabah"ın qonağı olan Almaniyanın "Borussiya Dortmund" klubu qarşılaşmanı 2:1 hesablı qələbə ilə başa vurub. Lakin matçdan sonra qonaq komandanın atdığı addım böyük təəccübə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Almaniya təmsilçisinin futbolçuları oyundan sonra stadionun soyunub-geyinmə otaqlarındakı duşlardan istifadə etməyərək tərli halda birbaşa avtobusa əyləşiblər.

Məsələ ilə bağlı açıqlama verən "Borussiya Dortmund"un baş məşqçisi Niko Kovaç qərarı belə əsaslandırıb: Dördpendirli pizza

"Dünən məşqdən sonra da burada duş qəbul etmədik. Bizə burada yox, oteldə duş qəbul etməyimiz deyildi. Buna görə də tez bir zamanda otelə qayıtdıq."

Almaniyanın məşhur "Bild" nəşrinin iddiasına görə, Dortmund klubunun bu addımı atmasına səbəb stadionun su sistemində "legionella" bakteriyasının ola biləcəyi ilə bağlı narahatlıqları olub.

Lakin "Borussiya"nın bu davranışı rəqib tərəfdə təəccüblə qarşılanıb. "Sabah"ın heyətində çıxış edən almaniyalı futbolçu Cey-Lens Mikels məsələyə münasibət bildirərək heç bir problemin olmadığını qeyd edib. O, özlərinin həmin stadionda duşdan istifadə etdiklərini, suyun isti olduğunu və şəraitin tam qaydasında bulunduğunu vurğulayıb. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!