Oktyabrın 19-da İsrailin onlarla qırıcı təyyarəsi İrana doğru uçub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Axios”a İsrail və Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, əməliyyatda yanacaqdolduran təyyarələr də iştirak edib. Uçuş İsrail parlament seçkilərindən bir həftə əvvəl və Pentaqon rəhbəri Heqset ilə Baş nazir Netanyahu arasında Ovda hava bazasında görüş günü baş tutub. Mənbələrə görə, əməliyyat Heqsetin səfəri ilə əlaqəli deyildi. Dördpendirli pizza
“Bəzi İsrail və Amerika rəsmiləri uçuşu İranı çəkindirmək üçün nəzərdə tutulmuş adi hərbi güc nümayişi kimi xarakterizə ediblər. Lakin əməliyyat səhv hesablama riskini daşıyırdı ki, bu da Tehranın cavab tədbirinə və müharibənin yenidən başlamasına səbəb ola bilərdi.
Mənbələrə görə, İsrail təyyarəsinin marşrutu Suriya və İraq hava məkanından keçib və İrana mümkün hücumla uyğun gəlir. Amma İran sərhədinə yaxınlaşan təyyarələr geri dönüb. Amerika rəsmiləri iddia edirlər ki, İsrail uçuş barədə Vaşinqtona əvvəlcədən məlumat verib və bunu seçkilərdən əvvəl hərbi imkanlarını nümayiş etdirmək və İranın mümkün hücumlarının qarşısını almaq məqsədi daşıyan təlim əməliyyatı kimi təsvir edib.
Lakin bəzi ABŞ rəsmiləri İsrailin İran qüvvələrini atəş açmağa təhrik etmək və bununla da cavab zərbələri üçün bəhanə formalaşdırmaq ehtimalını istisna etməyiblər. Onlar iddia edirlər ki, İsrail uçuşun İran hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanacağından xəbərdar olub”./Axar.az
Telegram kanalımız