Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

Siyasət

22 Oktyabr 2026 01:17 88


Ümummilli lider Heydər Əliyevin mətbuat katibi səlahiyyətli nümayəndəlikdə media məsələləri üzrə məsul şəxs təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsinə Qahirə Hüseynova təyin olunub.

Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub. Dördpendirli pizza

Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!