11 yaşlı qızın dünyaya gətirdiyi körpənin səhhəti necədi?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

11 yaşlı qızın dünyaya gətirdiyi körpənin səhhəti necədi? - Açıqlama

Sosial

30 Oktyabr 2021 12:12 1030


Respublika Klinik Xəstəxanasıda qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirən 11 yaşlı ana və uşağının vəziyyəti açıqlanıb. 

Klinikanın hamiləlik patologiyası şöbəsindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşıdır, uşağın isə vəziyyəti ağırdır.

Rəsmi məlumata görə, müalicə tədbirləri davam etdirilir. Toyuqlu pizza

Qeyd edək ki, İmişlidə hamilə olan 11 yaşlı qızın uşağı Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!