“Avropa İttifaqında 13 dövlət “Şimal axını” ilə tədarükün dayandırılmasından sonra Rusiya qazını almır və ya məhdud həcmdə alır”.
Yenisabah.az xəbər verir ki, bunu sentyabrın 1-də Avropa Komissiyasının enerji məsələləri üzrə baş direktorunun müavini Matilda Versdorfer Avropa Parlamentinin Enerji Komitəsində keçirilən dinləmələrdə bildirib.
O deyib: “Aİ-nin 13 ölkəsi Rusiya qazından tamamilə və ya qismən imtina edib. Bildiyiniz kimi, dünəndən etibarən “Şimal axını” texniki xidmət üçün bağlanıb, yəni Almaniya və qonşu ölkələrə Rusiya qazının tədarükü yoxdur. Lakin burada müsbət xəbərlər də var. Avropada qaz anbarlarının doldurulması 80 faizə çatıb ki, bu da qışa hazırlıq üçün müsbət addımdır”. Toyuqlu pizza
Versdorfer vurğulayıb ki, Avropa Komissiyası enerji resurslarının tədarükünün diversifikasiyası üzərində işləyir, lakin o, enerji böhranına qarşı əsas tədbir kimi yaşıl enerjiyə keçidin sürətləndirilməsini hesab edir.
Telegram kanalımız