16 yaşlı gənc itkin düşdü
24 Sen 2020 20:25
285

16 yaşlı gənc itkin düşdü

Sumqayıtda 16.10.2004-cü il tarixdə doğulmuş Kərimov Əli Fariz oğlu sentyabrın 19-da səhər saatlarında 76-cı məhəllədə yaşadığı evdən naməlum istiqamətə çıxaraq bir daha geri qayıtmayıb.

Yenisabah.az xəbər verir ki, Ə.Kərimov 168 sm boyunda, arıq bədən quruluşlu, qarabəniz, sifəti uzunsov, saçları qısa və şabalıdı rəngdə, gözlərinin rəngi isə yaşıldır.

O, evdən çıxarkən əynində tünd göy rəngli cins şalvar, tünd yaşıl rəngli qısaqol köynək, ayağında isə göy rəngli “makasin” ayaqqabı olub.

Bu gənci görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya (018) 65 4-02-02, (018) 65 5 -76 -65, 050 384 -84-99 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər