17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-nin əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-nin əməliyyatı

Kriminal

20 Avqust 2026 09:28 110


Antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Namiq Ağalarovun Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

N.Ağalarov 2008-2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir. pizza hut

Ötən illər ərzində o, məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənib.

Namiq Ağalarovun cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!