Şamaxıda maşın dərəyə aşdı: Bir nəfər öldü   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda maşın dərəyə aşdı: Bir nəfər öldü - FOTOLAR

Hadisə

19 Avqust 2026 23:48 79


Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb.

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!