Neftin qiyməti yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiyməti yüksəlib

İqtisadiyyat

20 Avqust 2026 08:59 93


Dünya bazarında neft qiymətləri artım nümayiş etdirir.

“Yeni Sabah” xəbər verir ki, “OilPrice” məlumatına görə, WTI markalı xam neftin bir barrelinin qiyməti 84,58 dollar təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 0,19 dollar və ya 0,23% artım deməkdir.

Brent markalı neftin bir barreli 91,91 dollara yüksəlib. Bu markanın qiyməti 0,29 dollar və ya 0,32% artıb. Toyuqlu pizza

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti isə 99,81 dollar təşkil edib. Bu, 0,24 dollar və ya 0,24% artım deməkdir.

Neft bazarında qiymət artımına Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və enerji təchizatı ilə bağlı risklər təsir göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!