Roberto Karlos dinini dəyişdiyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Roberto Karlos dinini dəyişdiyini təsdiqlədi

İdman

20 Avqust 2026 09:47 105


Braziliyalı eks-futbolçu Roberto Karlos İslamı qəbul etməsini təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, o, peşman olmadığını və Kriştiano Ronaldonun onu təbrik etdiyini bildirib:

“İnsanların qərarımdan niyə qəzəbli olduğunu həqiqətən başa düşmürəm. Bu mənim seçimimdir və insanlar mənim inancıma hörmət etməlidirlər. Arvadımın məni dinimi dəyişməyimə təsir etdiyini inkar etməyəcəyəm, amma bu, elə də böyük bir problem deyil, çünki mən həmişə İslamı sevmişəm. pizza sifarişi

Braziliyadakı qohumlarımın əksəriyyəti qərarımdan məmnun deyil, amma mənim vecinə deyil, çünki bu mənim həyatım və seçimimdir.

Kriştiano Ronaldo hətta məni təbrik etdi və Səudiyyə Ərəbistanına gələndə onunla əlaqə saxlamalı olduğumu dedi, çünki onun evi həmişə mənim və arvadımın üzünə açıqdır. Bütün bu reaksiyalar əvəzinə, digər insanlardan və qohumlardan almağı arzuladığım jest və sevgi budur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!