Ənvər paşa şiə ziyarətgahında olub - “Yeni Sabah” tarixi sənədləri təqdim edir

saytların hazırlanması

Evə çatdırılma

Ənvər paşa şiə ziyarətgahında olub - “Yeni Sabah” tarixi sənədləri təqdim edir

Sosial

20 Avqust 2026 09:10 177


Osmanlı İmperatorluğunun hərbiyyə naziri Ənvər paşanın Kərbəla ziyarətində olub-olmamasına dair yeni faktlar ortaya çıxdğından “Yeni Sabah” mövzuya bir daha qayıdır.

Araşdırmalar nəticəsində məlum olub ki, o, həqiqətən İraqda yerləşən bir neçə ziyarətgaha baş çəkib.

O dövrdə nəşr olunmuş “Tenin” qəzetinin 29 may 1916-cı ildə dərc olunan xəbərdə qeyd olunub ki, Avstriya-Macarıstan hərbi atteşesi general Fritz Bronsart Ənvər paşa ilə birlikdə Kərbəla və Nəcəfdən keçməkə, Bəsrə şəhəri yaxınlığındakı Osmanlı hərbi birləşmələrinə baş çəkməyi planlaşdırıb. Lakin ərazidə baş verən üsyana görə bu səfər baş tutmayıb. pizza

“Tenin”in informasiyasında o da qeyd olunur ki, Ənvər paşa Bağdadda olarkən, Hənəfi məzhəbinin banisi Əbu Hənifənin (İmami-Əzəm) türbəsini, Qadiriyyə təriqətinin banisi, böyük mütəsəvvif Şeyx Əbdülqadir Geylaninin məzarını və Kazımiyyədə yerləşən 7-ci şiə imamı Musa əl-Kazımın türbəsinə baş çəkib.

Ənvər Paşanın Kərbəla səfərinin təxirə düşməsini alman zabiti və hərbi attaşesi Yozef Pomiankovski də özünün “Osmanlı İmperiyasının süqutu: Birinci Dünya müharibəsi dövründə Türkiyəyə dair xatirələr” adlı kitabında təsdiq edir.

O, avstriyalı həmkarı general Fritz Bronsartla birlikdə dəfələrlə Osmanlının İraq istiqamətində yerləşən döyüş cəbhələrində olub və Ənvər paşa ilə şəxsən görüşüb.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!