ABŞ-nin dövlət borcunun həcmi son illərdə sürətlə artaraq tarixi yüksək səviyyəyə çatıb.
“Yeni Sabah” yerli mətbuata istinadən xəbər verir ki, 2017-ci ildən bu yana ölkənin dövlət borcu təxminən iki dəfə artaraq 40 trilyon dollara yüksəlib.
Artımın əsas səbəblərindən biri hökumətin xərclərinin büdcə gəlirlərini üstələməsidir. Nəticədə yaranan kəsirin maliyyələşdirilməsi üçün ABŞ daha çox borclanmağa məcbur olur. Dördpendirli pizza
Piterson İnstitutunun hesablamalarına əsasən, xərclərin azaldılması və ya vergi siyasətində dəyişikliklər edilməzsə, ABŞ-nin dövlət borcu qarşıdakı 6 il ərzində 50 trilyon dollara çata bilər.
Telegram kanalımız