Ermənistana tranzitlə 39 vaqon buğda göndəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana tranzitlə 39 vaqon buğda göndəriləcək

İqtisadiyyat

20 Avqust 2026 09:58 77


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib. pizza sifarişi

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!