20 nəfəri xilas edən əsgərimiz mükafatlandırıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

20 nəfəri xilas edən əsgərimiz mükafatlandırıldı - VİDEO

Sosial

26 Aprel 2022 12:21 315


Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 16-da Kəlbəcərdə tank əleyhinə minanı aşkarlamış əsgər Mərdəli Aşurovu mükafatlandırıb.

Yenisabah.az xəbər verir ki, əsgər Mərdəli Aşurov həmin vaxtı 20-ə yaxın insanın həyatını xilas edib.

Nümunəvi həkətinə görə əsgər məzuniyyətə göndərilib. pizza mizza

Xatırladaq ki, aprelin 16-da Kəlbəcərin Günəşli kəndinin sakinləri uzun illərdən sonra azad olunmuş doğma yurdlarına səfər edərkən mina təhlükəsi ilə qarşılaşıblar. Bu zaman təhlükəsizlik məqsədi ilə qrupu minaaxtaranlar müşahidə ediblər. 2003-cü il təvəllüdlü əsgər Mərdəli Aşırov evinə getmək istəyən vətəndaşı müşahidə etdiyi zaman yolun kənarında mina aşkarlayıb. Bununla əsgər 20 nəfərlik qrupu ölümdən xilas edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!