Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

23 mülki şəxs öldürülüb -  ABŞ-dan etiraf
04 İyn 2021 15:14
1422

23 mülki şəxs öldürülüb - ABŞ-dan etiraf

2020-ci ildə müharibə bölgələrində aparılan əməliyyatlarda 23 mülki şəxsin öldürüldüyü ABŞ ordusu tərəfindən etiraf edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat konqresin 2018-ci ildən bəri hər il hazırlanmasını tələb etdiyi və bir hissəsi ictimaiyyətə açıqlanmayan Müdafiə Nazirliyi hesabatında əks olunub. Hesabatda daha 10 mülki vətəndaşın əməliyyat zamanı yaralandığı diqqətə çatdırılıb.

Mülki itkilərlə bağlı ABŞ Müdafiə Nazirliyinə 3 milyon dollar təzminat büdcəsinin ayrıldığını vurğulayan hesabatda, bu miqdarda təzminatın əvvəllər heç vaxt ödənmədiyi də qeyd olunub.

Bildirək ki, müharibə bölgələrindəki mülki itkilərin sayına nəzarət edən İngiltərənin “Airwars” Platformasının veb saytındakı əks olunan məlumatda ABŞ əməliyyatlarında yaşanan mülki ölümlərin sayının Pentaqon tərəfindən doğru göstərilmədiyi vurğulanıb. Göstəricilərin 5 dəfə çox olduğu iddia edilib.  Açıqlamada təkcə ABŞ-ın hava hücumlarında 102 mülki şəxsin öldüyü göstərilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər