24 gündə 16 nəfər meyvə-tərəvəzdən zəhərlənib

saytların hazırlanması

Evə çatdırılma

24 gündə 16 nəfər meyvə-tərəvəzdən zəhərlənib

Sosial

24 May 2022 16:41 752


Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində qida zəhərlənməsi ilə bağlı 16 nəfər müraciət edib. 

Bu barədə Yenisabah.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir:  pizza sifarişi

“Buna səbəb meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!