Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı - FOTO 

Sosial

07 Fevral 2024 17:34 25312


2023-cü ilin yanvar-noyabr  aylarında Azərbaycan xaricdən 49 milyon 629 min ABŞ dolları dəyərində 51 min 388 ton günəbaxan yağı idxal edib. 

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 milyon 238 min dollar və ya 36,4% çox, həcm baxımından isə 8 min 432  ton və ya 14,1% azdır.

2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 36  milyon 391 min dollar dəyərində 59 min 820 ton günəbaxan yağı idxal  edilib. Dominos pizza

1 ton günəbaxan yağının idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində  966 dollar, 2022-ci ilin eyni dövründə 608  dollar təşkil edib.  Qiymətlərdə son bir ildə 357 dollar (58.8%) bahalaşma baş verib.

Ümumilikdə isə 1 kq günəbaxan  yağının idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 1,64  manat və 2022-ci ilin yanvar-noyabr aylarında 1,03  manata (0,61 manat bahalaşma) başa gəlib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!