Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu saxlanılan Azərbaycan vətəndaşı Rəşad İbrahimovun bacısı Türkan Təhməzova bildirib.
Gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib. Növbəti məhkəmə prosesi sentyabrın 25-də baş tutacaq. Sezar pizza
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 15-ə çatıb, itkin düşmüş 13 sərnişinin isə axtarışı davam edir.
Telegram kanalımız