"İran, Rusiya və Türkiyə liderləri Astana prosesinin qarant ölkələri kimi Tehran görüşündən sonra birgə bəyanat verəcəklər".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Putunun köməkçisi Yuri Uşakov bildirib.
O deyib: “Ümid edirik ki, Tehranda Astana çərçivə iclasının yekunu olaraq birgə bəyanat qəbul edəcəyik. Artıq bu bəyanatın layihəsi hazırlanıb və bununla bağlı razılıq əldə olunub. Bu, üç prezidentin görüşündən dərhal sonra təsdiqlənəcək”. Dominos pizza
Kremlin təmsilçisi əlavə edib: “Astana çərçivəsi öz səmərəliliyini göstərdi və yəqin ki, Suriyadakı vəziyyətə real müsbət təsir göstərən yeganə beynəlxalq mexanizmdir”.
Xatırladaq ki, İran, Rusiya və Türkiyənin prezidentləri İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sabah Tehranda bir araya gələcək.
Telegram kanalımız