30 il əvvəl biz çadırda yaşayırdıq, indi növbə sizdədir...

saytların hazırlanması

Evə çatdırılma

30 il əvvəl biz çadırda yaşayırdıq, indi növbə sizdədir...

Sosial

24 Sentyabr 2023 13:11 3793


Qələbə soraqlı bu günlərdə tarixə ekskursiya edib doğma yurddan didərgin düşdüyümüz o ağır, məşəqqətli günləri xatırlasaq, ovqatınız təlx olmaz ki?

Eh, bu 30 ildə bircə saniyə yaddan çıxdımı?!

Bu dərd bizi için-için yandırdı. Bu alovun tüstüsü çıxmadığı üçün üstünə su tökən, yanğını söndürən olmadı. Beləcə yana-yana qaldıq... pizza sifarişi

Cəbrayılda ikimərtəbəli evimiz, güllü-çiçəkli bağçamız vardı. Rəhmətlik babam ikinci mərtəbəni tikdirəndə, qonşular belə deyib: "Ay Nurullah, top da atsan, sənin bu evini dağıtmaz".

Buna görə də Qarabağ işğal altında olanda tez-tez belə deyirdim: "Cəbrayılda topdağıtmaz evimiz vardı".

Bilirsiniz, Cəbrayıl işğal olunanda, anadan olduğum doğma Soltanlı kəndi düşmən əlinə keçəndə ermənilər bizim evə top atmışdılar. Amma top atəşi belə evimizi yer üzündən silə bilməmişdi. Təqdim etdiyim fotoya diqqətlə baxın: qala divarlarına bənzəyən o əzəmətli sütunların çoxu yerindədir...

Rəhmətlik atam evin kiçik övladı olduğu üçün babamızın mirası da bizə qalmışdı. Atamın və babamın neçə illər ərzində qurub-yaratdıqlarını, alıb-yığdıqlarını gətirmək üçün cəmi bircə traktorumuz vardı. Paltarlarımızı, bir də anamın ağlaya-ağlaya işarə etdiyi beş-altı yüngül əşyanı götürüb istismar müddəti çoxdan başa çatmış həmin traktorla üz tutduq Beyləqandakı tələbə yoldaşımın evinə. Qohum-qardaş da arxamızca gəldiyi üçün bir evə sığmırdıq. Gecələr uşaqlar üçün yemək masasının altında yataq açırdılar.

Təxminən bir ay sonra indi Suraxanı rayon icra hakimiyyətinin başçısı işləyən, rəhbərlik etdiyi rayonda şəhid ailələrinin, qazilərin, keçmiş məcburi köçkünlərin təmənnasız hamisi kimi tanınan Əziz Əzizovun dəstəyi, heç vaxt unudulmayacaq fədakarlığı sayəsində Bakıya köçdük. Keçmiş tramvay parkının inzibati binasında bizimçün ayrılmış bir otaqda indi daha rahat idik. Əvvəl sığındığımız evdən fərqli olaraq burda gecələr yatanda ayağımızı tam aça bilirdik...

Qohum-qardaşın, dost-tanışın çoxu rayonlarda qalmışdı. Onları çadır şəhərciklərində yerləşdirmişdilər. Qışda soyuqdan, yayda istidən əziyyət çəkirdilər. Haramının acıqlı ilanları tez-tez camaatın yaşadığı çadırlara soxulurdu. Erməninin əlindən salamat qurtaranlar ilan zəhərindən,  müxtəlif yoluxucu xəstəliklərdən ölürdülər...

Antiterror əməliyyatları zamanı zərər görməmələri üçün indi Qarabağın bir qrup erməni sakinini də çadırlarda yerləşdiriblər. Hər cür təminatları var. Dünən şəkillərini gördüm, yaşlı və xəstə erməniləri Azərbaycan polisi öz əlləri ilə yedizdirir...

Otuz il əvvəl bizə yaşatdıqlarınızın 3 faizini belə sizə yaşatmayacağıq. Hikkənizdən əl çəksəniz, tezliklə öz evlərinizə dönəcəksiniz. Aradan 30 il keçib, amma sizin üzünüzdən biz hələ də öz evlərimizə dönə bilmirik...

Törətdiyiniz cinayətin cəzası ağır, çox ağır olmalıydı. Bəxtiniz onda gətirib ki, Azərbaycan dövləti və xalqı qisas hissi ilə yaşamır. Əslində, indi əzizləriniz sizin üçün yas çadırı qurmalıydı, amma tolerant olduğumuza görə biz öz əzizlərimizə yas çadırı qururuq.

Sizin vəhşiliyiniz üzündən hər gün neçə-neçə insan yurd həsrəti, torpaq niskili ilə bu dünyadan köçür... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!