Bakıda ikimərtəbəli ev yanıb kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ikimərtəbəli ev yanıb kül oldu

Hadisə

08 İyul 2026 23:58 62


Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsinin 100 kv. m. hissəsi əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə nəticəsində evin birinci mərtəbəsinin bir otağı tamamilə yanıb. Hadisə yerinə FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Evin digər otaqları yanğından mühafizə olunub. pizza

FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin əməliyyat növbətçisi Elxan Bədəlov bildirib ki, nazirliyin qaynar xəttinə yanğın barədə məlumat saat 21:24-də daxil olub: "Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!