ABŞ hərbçiləri yenidən İrana zərbələr endirməyə başlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında xəbər verib.
"Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıblar", - paylaşımda bildirilir. pizza
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər.
Telegram kanalımız