Dövlət Vergi Xidməti (DVX) aksizli malların qanunsuz dövriyyəsinə qarşı növbəti irimiqyaslı əməliyyatını keçirib.
“Yeni Sabah” xəbər verir ki, vergi intizamının gücləndirilməsi məqsədilə aparılan monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən istehsal sahəsində rəsmi qeydiyyatdan gizlədilən pivə istehsalı və satışı ilə bağlı ciddi şübhələr yaranıb.
Keçirilən operativ yoxlama zamanı fərdi sahibkar Xəyyam Aydın oğlu Tağıyevin sözügedən obyekti vergi orqanlarında uçota aldırmadan, tamamilə qanunsuz şəkildə fəaliyyət göstərdiyi ifşa olunub. Dominos pizza
Gizli sexdə aparılan axtarışlar zamanı aşkarlanan qeyri-leqal dövriyyənin həcmi isə belədir:
198 000 litr (198 ton) satışa hazır vəziyyətdə olan qanunsuz pivə məhsulu
Pivələrin doldurulması üçün nəzərdə tutulmuş çoxsaylı xüsusi çəlləklər
Mənşəyi məlum olmayan və heç bir sənədi tapılmayan 14 ton arpa səmənisi
300 kiloqram pivə mayası və 2 tondan çox müxtəlif istehsal xammalı.
Aşkar edilmiş qanunsuzluqlar müvafiq qaydada sənədləşdirilib və sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Dövlət Vergi Xidməti bir daha bütün biznes subyektlərinə xəbərdarlıq edərək, onları qanunlara əməl etməyə və "kölgə iqtisadiyyatı"ndan uzaq durmağa çağırıb. Qurum bazarda sağlam və ədalətli rəqabət mühitinin qorunması məqsədilə aksizli malların dövriyyəsinə nəzarəti bundan sonra da sərt şəkildə davam etdirəcəyini bəyan edib.
Telegram kanalımız