İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub. Toyuqlu pizza
Hazırda FHN-in qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Telegram kanalımız