30 yaşadək olan şəxslərin diqqətinə! - Müdafiə Nazirliyi ELAN VERDİ

saytların hazırlanması

Evə çatdırılma

30 yaşadək olan şəxslərin diqqətinə! - Müdafiə Nazirliyi ELAN VERDİ

Sosial

27 Mart 2024 11:15 5630


Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılıb.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel ayının 26-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. Dominos pizza

"Kursa qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır", - məlumatda bildirilib.

Qeyd olunub ki, fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Murad
    Salam ne senedeler lazimdi hara müraciət edim 21yasim var
    2 years ago
  • Fariz
    Mən İbrahimov Fariz Mübariz oğlu Bərdə rayon cəyirli kəndi yaşayıram könüllü olaraq əməliyyat komanda Briqadasında xidmət etmək istəyirəm
    2 years ago
  • Elmeddin
    Salam özüm köhnə hərbiçi olmuşam 2ci Qarabağ müharibəsindən iştirakçısı olmuşam 156e bəndiylə təxris olunmuşam ona göre geri qaytarmilar məni
    2 years ago
  • Əli
    Allah Azərbaycan Ordusunu qorusun, xalqımızın və Vətənimizin namusunu qoruyan Şərəfli Ordumuz daima var olsun!
    2 years ago