Həftədə 4 gün işləmək gündəlik dolanışıq xərclərini azalda bilər.
Yenisabah.az xəbər verir ki, bu rejim işçilərə uşaq baxımı və gediş-gəliş xərclərində xeyli pula qənaət etməyə kömək olacaq.
Britaniyanın “Autonomy” beyin mərkəzinin ölkədə tamştatlı, “part-time” və “freelance” işləyən 2000 insan üzərində apardığı araşdırmaya görə, 2 yaşından kiçik uşağı olan şəxslər uşaq baxımı və nəqliyyatında ildə 1440 funt sterlinqə qənaət etmiş olur. Pepperoni pizza
4 günlük iş həftəsini müdafiə edən təşkilatlar və iqtisadçılar şirkətlərin bu müddətdə eyni miqdarda iş görülə biləcəyini və asudə vaxtın artırılmasının məhsuldarlığa töhfə verəcəyini bildirirlər.
Həmçinin, hesab edilir ki, həftədə 4 günlük iş qrafiki Böyük Britaniyanın enerji böhranından çıxışına da kömək edə bilər.
Qeyd edək ki, “4 Day Week Global” qeyri-kommersiya təşkilatının iyun ayında ölkədə başlatdığı pilot layihə çərçivəsində 70 şirkətdən 3300 işçinin iş saatı 20 faiz azaldılıb, lakin maaşların miqdarı dəyişməyib. Təcrübənin noyabrda başa çatması və nəticələrin qiymətləndirilməsi gözlənilir.
Telegram kanalımız