“Təklif edirəm ki, sosial evlərin onlayn satışı ilə bağlı sadə adamın orada əməliyyatı yerinə yetirilməsi üçün tələb olunan vaxt müəyyən edilsin”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. O, Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışa çıxarılması və satışında manipulyasiya hallarının olması ehtimalından çıxış yolları haqqında fikirlərini səsləndirib.
“İçtirakçıların kim olacağını bilmədiyimiz üçün bu haqda dəqiq heç nə demək olmaz. Beş saniyəyə satılan sosial evlərdə yəqin ki, peşəkar hakerlər iştirak etmişdilər. Amma çox istəyərdim ki, bu kimi neqativ halların qarşısı alınsın ki, sadə insanların hüququ pozulmasın”.
Ekspert neqativ halların qarşısını almaq üçün təklif də səsləndirib. “Əgər kimsə həmin vaxtdan tez əməliyyat edərək ev alarsa, həmin iştirakçı müsabiqədən uzaqlaşdırılsın. Bunun qarşısının alınması üçün başqa variant yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl sosial mənzillərin satışı ilə bağlı, iştirakçılar arasında ciddi narazılıqlar yaranmışdı. Belə ki, satışa çıxarılan mənzillər 5 saniyə ərzində satılmışdı. Bunun isə praktiki olaraq mümkünsüzlüyünü bildirən iştirakçılar, sistemə xaker müdaxiləsi olduğunu, mütəxəsislərə 5-7 min arası pul qarşılığında həmin mənzillərin alındığını iddia etmişdilər. pizza sifarişi
Xatırladaq ki, Prezident İlham Əliyevin bugünlərdə imzaladığı fərmana əsasən, şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satılacaq. Əldə olunan vəsait bu kateqoriyadan olan şəxslərin sosial-məişət şləraitinin yaxşılaşdırılması tədbirlərinə yönləndiriləcək.
Cavad Salmanlı
Telegram kanalımız