6 mindən çox "Audi" avtomobili geri çağırıldı

6 mindən çox
Sent 3, 2019 23:43
Oxunma sayı: 184

“Volkswagen Group” şirkəti Rusiyada 6 mindən çox “Audi” markalı avtomobili geri çağırıb.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır.

Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb.

Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.

Xatırladaq ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

 

 

Yenisabah.az