7 PKK terrorçusu məhv edildi

7 PKK terrorçusu məhv edildi
Sent 22, 2019 21:10
Oxunma sayı: 70

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin rayonunda PKK düşərgələrinə zərbə endirib.

"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Pəncə” antiterror əməliyyatı çərçivəsindəPKK düşərgələrinə endirilən aviazərbə nəticəsində 7 terrorçu məhv edilib.

Qeyd edək ki, “Pəncə-1” əməliyyatı bu il mayın 27-də İraqın şimalında Hakurk rayonunda, sonra “Pəncə-2” əməliyyatı, avqustun 23-də isə İraqın şimalında Sinat-Haftanin rayonunda “Pəncə-3” əməliyyatı başlayıb. Əməliyyatda məqsəd Türkiyənin cənub-şərqində təhlükəsizliyi təmin etməkdir.

Yenisabah.az