7 Rusiya PUAsı məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

7 Rusiya PUAsı məhv edildi

Dünya

19 Aprel 2023 09:37 700


Ukrayna ordusu son gündə Rusiyanın İran istehsalı olan 7 “Şahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Yenisaha.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Cəbhədəki son vəziyyəti açıqlayan qurumdan bildirilib ki, həmçinin Rusiyanın 2 “Orlan-10”, “Supercam” kəşfiyyat və 1 “Lanset” hücum PUA-sı vurulub. Marqarita pizza

Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi 3 rayona, radioelektron döyüş stansiyasına və daha bir mühüm hərbi obyektinə zərbələr endirib:

“Son sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə ümumilikdə 58 raket zərbəsi endirib, dinc sakinlər arasında yaralananlar var. Ukraynanın bütün ərazisi boyunca növbəti raket hücumları ehtimalı yüksək olaraq qalır”.

Son sutkada Ukrayna Müdafiə Qüvvələri düşmənin 60-dan çox hücumunu dəf edib: “Ən şiddətli döyüşlər Baxmut və Maryinka uğrunda gedir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!