85 yaşlı kişi nəvəsinin arzusunu gerçəkləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

85 yaşlı kişi nəvəsinin arzusunu gerçəkləşdirdi

Maraqlı

25 Sentyabr 2026 12:53 107


Türkiyənin Ordu vilayətinin Perşembe rayonunda 85 yaşlı Adnan Çandır nəvəsinin uşaqlıq arzusunu gerçəkləşdirib.

“Yeni Sabah” xəbər verir ki, Çandır pandemiya dövründə nəvəsi Aytekinin dilə gətirdiyi ağac ev arzusunu unutmadan, təxminən 90 illik palıd ağacının budaqları arasında taxta ev tikdirib.

Ev 5-6 gün ərzində hazırlanıb. Yerdən 6 metr yüksəklikdə yerləşən 16 kvadratmetrlik evdə bir otaq və balkon var. Ağacların arasında yerləşən tikili görünüşü ilə kiçik yayla evini xatırladır. Dominos pizza

Adnan Çandır bildirib ki, evin tikintisində əlində olan materiallardan istifadə edib və ustaların köməyindən yararlanıb. O, ağacın öz doğulduğu illərdən mövcud olduğunu və illər ərzində böyüyərək möhtəşəm görkəm aldığını deyib.

Çandırın sözlərinə görə, ağac evə maraq böyükdür. Hətta müxtəlif ölkələrdən gələn turistlər də tikilini görmək üçün əraziyə baş çəkirlər.

Məhəllə sakini Oktay Keleş isə bu evin baba-nəvə arasında gerçəkləşən gözəl bir xəyalın nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, ötən il Kanada və Yeni Zelandiyadan üç cütlük ağac evi görmək üçün bölgəyə gəlib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!