Azərbaycanda uşaq su dolu vedrəyə yıxılıb boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda uşaq su dolu vedrəyə yıxılıb boğuldu

Hadisə

22 Sentyabr 2019 19:41 2633


Şəkidə bir yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. 

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Suçma kənd sakini, 2018-ci il təvəllüdlü Nuranə Nofəl qızı Əhmədova suda boğulma əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Məlumatda bildirlir ki, bir yaşlı körpə yaşadığı ünvanda ehtiyatsızlıqdan içərisində su olan vedrəyə başı aşağı düşüb. Nəticədə N.Əhmədova suda qismən boğulub.  pizza

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N.Əhmədovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!