Abituriyentlər üçün vacib xəbər:   Bu tarixdən etibarən...

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlər üçün vacib xəbər: Bu tarixdən etibarən...

Sosial

17 Avqust 2021 10:32 8141


Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib.

Yenisabah.az xəbər verir ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq. Pepperoni pizza

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!