ABŞ rəhbərliyi 22 şəxs və 2 təşkilatı Rusiyanın Ukraynadakı müharibəsinə şərait yaratdıqları iddiası ilə sanksiya siyahısına saldığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Rusiyanın Ukraynada başlatdığı müharibəyə şərait yaradan şəxslər və qruplara qarşı yeni sanksiyaların tətbiq edildiyi bildirilib.
Açıqlamada, sözügedən sanksiya qərarının 22 nəfər və 2 təşkilatı hədəf aldığı, sanksiyaya məruz qalanlar arasında Rusiya ilə birlikdə müharibədə iştirak edən neonasist paramiliter qrup olan “Task Force Rusich”in də olduğu qeyd edilib. Pepperoni pizza
Açıqlamada deyilir ki, yeni sanksiyalar Rusiyaya yeni ixrac nəzarəti tətbiq edən Ticarət Nazirliyi və Rusiyanın müdafiə və yüksək texnologiyalı sənayesini hədəf alan Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilib.
ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı “müharibə cinayətləri və təcavüzü”nə görə məsuliyyətə cəlb etmək üçün güclü addımlar atmağa davam edəcək.
Telegram kanalımız