ABŞ-dan sonra Aİ də Tbilisiyə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan sonra Aİ də Tbilisiyə xəbərdarlıq etdi

Dünya

11 May 2023 16:04 725


Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano Aİ-yə üzv olmaq iddiasında olan Gürcüstanı Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırıb.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, Aİ rəsmi Aİ və ABŞ-ın Rusiyaya lisenziyalı texniki xidmət göstərməsinə imkan verməyən sanksiyaları xatırladıb.

Əvvəllər bildirilirdi ki, Rusiya aviaşirkətləri Gürcüstana uçuşlara gələn həftədən başlaya bilər. pizza mizza

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan bildirib ki, Rusiya ilə Gürcüstan arasında aviareyslər bir ay ərzində bərpa oluna bilər. Onun sözlərinə görə, Gürcüstan çətin şərtlər irəli sürməsə, bu baş verəcək.

Muradyan Rusiya turizm sənayesinin Gürcüstana ehtiyacı olduğunu və maraqlı olduğunu da vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!