ABŞ helikopteri Ərəbistan dənizində qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ helikopteri Ərəbistan dənizində qəzaya uğradı

Dünya

02 İyul 2026 00:56 57


ABŞ hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının X sosial media platformasında məlumat yayılıb.

Helikopterin “USS Corc H.W.Buş” (CVN 77) aviadaşıyıcıya təyin edilmiş “MH-60S Sea Huk” olduğu müəyyən edilib. pizza hut

"Fövqəladə vəziyyətin düşmən hərəkətləri nəticəsində baş verdiyinə dair heç bir əlamət yoxdur. Helikopter heyətinin dörd üzvündən üçü xilas edilib, vəziyyətləri stabildir. ABŞ Hərbi Dəniz Qüvvələri hazırda itkin düşmüş digər bir heyət üzvünü axtarır. Hadisənin səbəbi araşdırılır”, - deyə bildirilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!