ABŞ-ın 8 ştatı “Facebook”a qarşı iddia qaldırdı

ABŞ-ın 8 ştatı “Facebook”a qarşı iddia qaldırdı
Sent 7, 2019 13:50
Oxunma sayı: 63

ABŞ-ın 8 əyaləti “Facebook”a qarşı iddia qaldırıb.

“Yeni sabah” xarici mediaya istinadən bildirir ki, şirkət rəqabət mühitini pozmaqda ittiham olunur.

ABŞ-ın Nyu-York şəhərinin baş prokuroru Letitia James “Facebook"un bazardakı üstünlüyü və bundan irəli gələrək rəqabət mühitini boğması ilə bağlı araşdırma aparacaq. 

L.Ceyms bildirib ki, bu iddianı araşdıracağı üçün fəxr edir:

“Dünyanın ən böyük sosial media platforması belə qanunlara riayət, istifadəçilərə hörmət etməlidir. “Facebook”un rəqabətə mane olub-olmadığını, istifadəçiləri təhlükəyə atıb-atmadığını  araşdıracağım üçün qürur duyuram”

Sabrina

Yenisabah.az